Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə QHT koalisiyası tərəfindən “Azad İstehlakcılar” İctimai Birliyinin (AİİB) rəhbərliyi vasitəsilə Beyləqan rayonunda həyata keçirilən
“Vətən müharibəsi iştirakçılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” layihəsinin icrası uğurla davam edir. “Azad İstehlakcılar” Birliyinin sədri Eyyub Hüseynov «Təzadlar»a bildirdi ki, Layihədə nəzərdə tutulduğu kimi, 5 Vətən Müharibəsi qazisinin həyətyanı sahəsində damcılı suvarma ilə təchiz olunmuş istixanalar quraşdırılmışdır. Artiq məhsulun yetişməsi və yığımı gözlənilir.
İstixana quraşdırılması üzrə layihənin hədəf qrupu aşağıdakı bölgü ilədir:
№ |
Faydalanan qazi |
Hədəf ərazi |
1 |
Səfərov Orxan Şamil oğlu |
Beyləqan şəhəri |
|
|
|
2 |
Həsənov Orxan Həsən oğlu |
Beyləqan şəhəri |
3 |
Əliyev Əmrah Natiq oğlu |
Beyləqan rayonu, Əlinəzərli kəndi |
4 |
Quliyev Türkay Səxavət oğlu |
Yeni Xocavənd qəsəbəsi |
5 |
Quliyev Elgün Niyazi oğlu |
Füzuli-Qayıdış-3 |
Əhmədov Yusif Sadalı oğlu |
Füzuli-Qayıdış-3 |
Qeyd: Quliyev Elgün və Əhmədov Yusifin təkliflərinə əsasən hər ikisinin istifadəsi üçün bir ədəd istixana quraşdırılmışdır.
Vətən Müharibəsi Qaziləri üçün qurulmuş 5 ədəd, hər biri 5 m X 20 m ölçülü istixanalarda pomidor şitillərinin inkişafı norma üzrə davam edir. İstixanalarda bitkilərin inkişafı əladır. Pomidor çiçəkləmə fazasından barvermə fazasına keçmişdir. Xiyar əkənlər isə artıq iki həftədir ki, məhsuldan istifadə edirlər. "...Paralel olaraq hədəf faydalananlara hər biri 10 nəfərdən ibarət 2 qrupda fərdi təsərrüfatın səmərəli inkişafına dair bacarıqlarının artırılması üzrə 3 mövzuda -“Tərəvəzçiliyin örtülü sahədə təşkili”, “Marketinq- davamlı bazar araşdırmaları” və “Ailə büdcəsinin səmərəli idarə olunması” təlimləri keçirilmişdir. Təlimlər geniş bilik və təcrübəyə malik olan təlimçi Mehman Əliyev tərəfindən aparılmışdır. Həmçinin “Şəfa” Psixoloji-sosial yardım İctimai Birliyinin psixoloqları tərəfindən fəaliyyət planına uyğun olaraq Qazilərə yerində fərdi qaydada psixoloji xidmət tədbirləri həyata keçirilmişdir…».
E.Hüseynov onu da əlavə etmişdir ki, 20 may 2023-cü il tarixdə Beyləqan RİH başçısı aparatının “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin müdir müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru Elman Süleymanov və Beyləqan rayon DAİM-nin bitkiçilik üzrə məsləhətçisi, Beyləqan peşə məktəbinin bitki mühafizəsi qrupunun müəllimi Seyfəddin Allahverdiyev istixanalara səfər ediblər: «Onlar görülən işləri çox bəyəndilər və layihədən faydalananlara daha yüksək məhsuldarlıq əldə edilməsinə dair zəruri məsləhətlər verdilər. Növbəti mərhələdə layihənin fəaliyyət planında nəzərdə tutulmasa da, faydalananların çarpaz görüşünün keçirilməsi planlaşdırılır… Layihənin icrası coxsaylı media platformalarında ictimailəşdirildiyi ücün AİİB-ə Respublikanın diğər rayonlarından da müraciətlər olunur və uyğun layihənin digər Vətən müharibəsi iştirakcılarının həyətyani sahələrində quraşdırılması istənilir…».
Sonda onu da əlavə edək ki, Layihənin rəhbəri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdur. E.Hüseynov sonda onu da xatırlatdı ki, Vətən müharibəsi iştirakçılarının məşğulluğunun təmini və gəlirlərinin artmasına cüzi də olsa təsir edə bilən bu layihənin digər Vətən müharibəsi iştirakcılarının həyətyanı sahəsində icrasında Birliyinin rəhbərliyi ölkə QHT koalisiyasında təmsil olunan layihə əməkdaşları olaraq təmənnasız olaraq istənilən biznes qrupuna, Qeyri-Hökumət təşkilatına kömək etməyə hazırdır!
JASMİN