Hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Bu fikri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov maaş əlavələrini alma qaydalarını izah edərkən bildirib.

 İqtisadıç Konstitusiya Məhkəməsinin fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul etməsindən sonra belə ödənişlərin necə alınması ilə bağlı ona ünvanlanmış sualları cavablandırıb.

Onun sözlərinə görə,  bu fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir və Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

Millət vəkili vurğulayıb ki, çox işçilər bundan istifadə etmirlər və buna görə də vahid əmək müqavilələrinin tətbiqinə ehtiyac var.

“Bununla belə, reallıqa əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər. İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir.

Həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu bir tərəfədən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər”, - deyə bildirib.

Vüqar Bayramovun sözlərinə görə, işəgötürənin belə öhdəliyinin olması  məsuliyyətini artırar və belə hallarda işçilərər əlavə vəsait ödəmiş olar.

“Bu halda həm işəgötürənin öhdəliyi bu konteksdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə, belə müqavilələr ilə işçilərin konstitutsional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavlərin ödənilməsinə gətirib çıxara bilər”, - o, vurğulayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN