Tolyatti-Odessa ammiak boru kəmərinin zədələnməsi taxıl müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti çətinləşdirir.

Bu fikri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, belə bir fövqəladə vəziyyət taxıl müqaviləsinin taleyinə "yalnız mənfi təsir göstərə bilər".

 “Bilirsiniz ki, bu mövzu bizi maraqlandıran müqavilənin yarısının ayrılmaz hissəsi idi. Ona görə də belə deyək, bu, sövdələşmənin davam etdirilməsi baxımından vəziyyəti çətinləşdirən daha bir məqamdır", - deyə Peskov yekunlaşdırıb.

TASS-ın məlumatına görə, bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirmişdi ki, iyunun 5-də axşam saatlarında Xarkov vilayətində ukraynalı diversantlar Tolyatti-Odessa ammonyak boru kəmərini partladıblar, insident nəticəsində xəsarət alanlar var.

Qeyd edək ki, ötən ay Türkiyə Prezidenti bəyan etmişdi ki, "Taxıl Saziş"i daha iki ay uzadılıb.

Xatırladaq ki, taxıl sazişi Türkiyənini səyləri nəticəsində 2022-ci il iyulun 22-də İstanbulda bağlanıb. O vaxt BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə iki sənəd imzalanıb. Onlardan biri Ukrayna taxılının ixracı üçün dəhlizin yaradılması, digəri Rusiya ərzaq və gübrəsinin ixracı ilə bağlı idi.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN