Türkiyənin tarixində Milli Banka rəhbərlik xanıma həvalə edilib...
Tezadlar.az "Hürriyyet" qəzetinə istinadla bildirir ki, Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub. Belə ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb. 1982-ci ildə anadan olan Hafizə xanım Erkan 2001-ci ildə Boğaziçi Universitetindəki ixtisas bölümünü birinciliklə bitirib, daha sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib. Prinstondan əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorantura oxuyub. Erkan 2 il davam edən və 12 kursdan ibarət olan doktorantura proqramını bir ildə başa vurub və Prinston Universitetinin 276 illik tarixində proqramı bir ildə bitirən ilk tələbə olub. O, həmçinin ABŞ-də “ən gənc maliyyə professoru” adını qazanıb. Prinston Universiteti daha sonra doktorantura dərəcəsi üçün tələb olunan minimum təhsil müddətini bir ilə dəyişib. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.
Bu təyinat Türkiyədə maraqla qarşılanıb. Və ekspertlər bunu Türkiyədə gender problemsizliyi kimi dəyərləndiriblər...
Bizə isə uğurlar diləmək qalır! Təki qardaş ölkənin milli valyutası olan lirə infilyasiya üzü görməsin, dəyərli olsun!
JASMİN