Rusiya və Ermənistan bu il ticarət dövriyyəsini 60% artırmaq niyyətindədir.
Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
O, xatırladıb ki, 2022-ci ildə Rusiya və Ermənistanın dövriyyəsi 5 milyard dollardan çox olub. Onun sözlərinə görə, Ermənistanda bu, iki dəfə artım səviyyəsindədir.
Nazir ilin sonunda 50-60 faiz artım olacağını düşünür.
Qurumun rəhbəri hazırda Rusiyanın Ermənistan üçün əsas ticarət tərəfdaşı olduğunu da, eyni zamanda, Aİİ ölkələri ilə dövriyyənin artdığını vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 387 milyon 220.4 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 55.3% çoxdur.
2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Bu isə əxminən 24,5 % deməkdir.
Cari ildə isə bu rəqəmun 5 milyona çatacağı gözlənilir.
JASMİN