Dünya birjalarında neft qiymətləri ucuzlaşmağa doğru gedir.
Bu gün Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,47 dollar azalaraq 89,45 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,57 dollar ucuzlaşaraq 86,3 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 dollar artaraq 96,43 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
TEZADLAR.AZ xəbər verir ki, ötən gün də neft qiymətləri ucuzlaşmışdı.
Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar azalaraq 90,19 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar ucuzlaşaraq 87,09 dollar təşkil edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,67 dollar azalaraq 95,75 dollar olub.