Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı sabah açıqlanacaq.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar press-reliz 20 sentyabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaq.
Qeyd edək ki, iyulun 26-da Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9% səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı həddi də dəyişməyərək müvafiq olaraq 10% və 7,5% olub.