Sentyabrın əvvəlindən Aİ-95 markalı benzinin qiyməti 3,02 som (təqribən 5.76 qəpik) artıb.
Bunu Qırğızıstan KİV-i ölkənin Milli Statistika Komitəsinin məlumatları əsasında açıqlayıb.
Belə ki, sentyabrın 1-də yanacağın qiyməti 68,16 som (təqribən 1.30 AZN) idisə, sentyabrın 26-da onun dəyəri 71,18 somadək yüksəlib.
Qeyd edilir ki, hazırda ölkədə satılan benzin ötən ilin eyni dövrü ilə müqayisədə 4,88, ilin əvvəli ilə müqayisədə isə 6,12 som bahadır.
Həmçinin Aİ-92-nin qiymətləri də ölkə üzrə orta hesabla 3,56 som artaraq 60,88 somdan 64,44 soma yüksəlib.
Bu, ilin əvvəlindəki səviyyədən 4,64 som, ötən ilin sentyabr ayının sonundakı səviyyədən 3,16 som çoxdur.
Bahalaşma dizel yanacağından da yan keçməyib. Yayın sonunda bir qədər ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb.
Ayın əvvəlindən onun qiymətləri 3,1 som artaraq 65,12 somdan 68,22 soma yüksəlib.
Amma ötən illə müqayisədə qiymətlər aşağıdır.
İlin əvvəlindən dizel yanacağı 6,98 som, 2022-ci il sentyabrın 26-sı ilə müqayisədə isə 7,61 som ucuzlaşıb.
JASMİN