AP-da yeni qarayaxma kampaniyasına start verilib. İttihamlar isə bitmir...
***
Avropa Parliamentində keçirilən müzakirələrdə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalardan biri də guya Azərbaycanın Rusiya qazını Avropaya nəql etməsidir.
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
Bayramov diqqətə çatdırıb ki, həmin məsələ ilə bağlı aparılan müzakirələr zamanı da, AP-nini bir sıra üzvləri lə də söhbətlərdə də məlum olub ki, iddiaçıların, ümumiyyətlə hər hansı bir dəlil sübutu yoxdur.
"Dünən keçirilən müzakirələrdə və eləcə də Avropa Parlamentinin bir sıra üzvləri ilə görüşlərdə də bu məsələni müzakirə etdik və təəssüf ki, bu qərəzli iddianı irəli sürənlərin heç birinin hər hansı fakti və real statistikası yoxdur. Çünki bu, sadəcə saxta və qərəzli iddiadır və reallığa əsaslanmır. Reallıq necədir?", - deyən iqtisadçı-ekspert reallığı bənd-bənd izah edib.
"1. Rusiya-Ukrayna müharibəsindən öncə, 2021-ci ildə Azərbaycanda qaz hasilatı 43.9 milyard kub metr olub. Bu o deməkdir ki, hətta 2021-ci il hasilatı ilə də Azərbaycan Avropaya 12.0 milyard kub metr qaz ixrac etmək imkanına malik ola bilirdi;
2. 2022-ci ildə qaz hasilatı 46,7 milyard kubmetr olub və 2023-cü ildə hasilat 48.7 milyard kub metr olacağı gözlənilir. Bütövlükdə, 2017-ci ildən etibarən Azərbaycanın qaz hasilatı hər əvvəlki ilə nisbətən artıb və bu da imkan verir ki, Azərbaycan öz mənbələri hesabına Avropaya mavi qaz ixracatını artıra bilsin;
3. 2022-ci ildə Azərbaycan cəmi 1 milyard kub metr qaz idxal edib və onun cəmi 10.0 faizi Rusiyanın payına düşüb. İdxal isə birbaşa mübadilə məqsədi daşıyıb. Hasilat həcmini nəzərə alsaq, Azərbaycanın əvəzləmə istisna olmaqla idxala heç bir ehtiyacı yoxdur;
4. Şahdəniz 2, Abşeron və yeni digər yataqların istifadəyə verilməsi növbəti mərhələdə Azərbaycana Avropaya qaz idxalını 2 dəfə artırmağa imkan verir. Bu isə o deməkdir, mövcud potensial daxili mənbələr hesabına mavi qaz ixracatını artırmaq üçün yetərlidir;
5. 2023-cü ildə Azərbaycanın qaz ixracatının 24 milyard kub metr olması gözlənilir ki, onun da yarısı Avropa İttifaqından kənarda yerləşən ölkələrə yönələcək. Bu isə o deməkdir ki, mövcud hasilat nəinki Aİ, hətta digər tərəfdaşların qaz istehlakına töhvə verməyə imkan verir.
Nəhayət, 2022 və 2023-cü illərin soyuq qışında Avropanın enerji təhlükəsizliyinə dəstək verən Azərbaycanın töhvəsini qiymətləndirə bilməyən Avropa Parlamentinin bir sıra qərəzli üzvləri heç olmasa bu qış istilikdən istifadə edəndə şükür etsinlər", - deyə deputat V.Bayramov yaddaşı korşalmış parlamentərilərə xatırladıb.
Göründüyü kimi, Azərbaycanın özünün qışda Avropanı, hətta kənarda yerləşən bir çox ölkələri isidəcək mavi yanacaq ehtiyatı var. Mavi yanacağın qiymətlərinin yüksəldiyi, Aİ-nin Ukrayna məsələsinə görə Rusiya ilə münasibətlərinin soyuqlaşdığı bir dönəmdə Azərbaycanın yaxşılığını unutmasalar yaxşı olar. 
Xatırlatmaq yerinə düşər: Dünənədək Avropa İttifaqının bir çox liderləri Azərbaycanı Avropanın ən etibarlı tərəfdaşı və qaz təchizatçısı adlandırırdılar... 
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN