Növbəti ildən fiziki şəxslər tərəfindən 18 ay və daha artıq müddətdə banklarda milli valyutada yerləşdirilmiş əmanətlər üzrə əldə olunan faiz gəlirlərinin 3 il müddətinə gəlir vergisindən azad edilməsi ilə bağlı vergi qanunvericiliyində dəyişikliklər təklif edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə keçirilən B2G forumunda çıxış edərkən DVX-nin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, milli valyutada əmanət üzrə müqavilənin müddətindən asılı olmayaraq, aylıq faiz gəlirlərinin 200 manata qədər olan hissəsi birmənalı şəkildə gəlir vergisindən azad edilib: “Bank və maliyyə institutları tərəfindən müxtəlif maliyyə alətləri təqdim olunur. Ümumiyyətlə, yalnız öyrəşdiyimiz ənənəvi kredit, ipoteka alətləri ilə yanaşı, faktorinq kimi digər effektiv maliyyələşmə alətləri də təklif edilir. Məhz faktorinq maliyyələşmə alətinin tətbiqi zamanı da sahibkarların bu münasibətdən irəli gələn vergi tənzimləmələri, xüsusilə ƏDV üzrə tənzimləmələr, əvəzləşmələrin nəzərə alınması şərtləri ilə bağlı müddəalar vergi qanunvericiliyində dəyişikliklərdə əhatə olunur”.

 

vergiler.az

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN