Ötən il Ermənistanın xarici dövriyyəsi heyrətamiz şəkildə artıb.

Səbəbini isə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlayıb:

“2022-ci ildə Ermənistanın xarici ticarət dövriyyəsi 68.8 faiz artaraq 14.1 milyard dollara çatıb. İxrac isə 77.7 faiz artaraq 5.3 milyard dollar olub. Bu Ermənistanın son illər tarixində rekord artımdır və səbəb də təbii ki, Rusiya-Ukrayna müharibəsidir. Ermənistan bir sıra Rusiya məhsullarını ixrac edərək sanksiyalardan yayınmağa və daha çox gəlir əldə etməyə nail olub”, - deyə Bayramov bildirib.

 O, diqqətə çatdırıb ki, gəlirlərin artımını aylar üzrə müqayisə etdikdə aydın şəkildə görünür ki, Rusiya-Ukrayna müharibəsinin başlaması və Ermənistanın re-eksportu gəlirin artmasına səbəb olub

 “Aylar üzrə müqayisə göstərir ki, artımın əhəmiyyətli hissəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonrakı dövrə təsadüf edib. Bu isə artım səbəblərinin re-eksport ilə bağlı olduğunu bir daha təsdiq edir.

Luys Fondunun hesablamalarına görə, Ermənistan ixracatının ən azı 24.8 faizi (1.3 milyard dollar) re-eksportdur və bunsuz həmin ölkənin ixracatı indikindən 2 dəfə az artardı. Mənzərə aydındır: re-eksport və sanksiyalardan yayınmaq. Təəssüf ki, bir sıra aparıcı ölkələr bu reallığı da görmək istəmirlər”, - iqtisadçı izah edir.

Belə məlum olur ki, Rusiya-Ukrayna müharibəsindən qazanc götürən və çıxarını hesablayan Ermənistan üçün bu müharibənin bitməsi sərf eləmir. Necə deyərlər, Ukraynadakı müharibəyə nəzərən hazırkı erməni məntiqinə görə,  "biri ölməsə, o biri dirilməz"...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN