Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,75 faizə endirilib.

“TEZADLAR.AZ” Mərkəzi Bankın yaydığı məlumata istinadən xəbər verir ki, bankın qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 6,5 faizdən 6,25 faizə, yuxarı həddi isə 9 faizdən 8,75 faiz səviyyəsinə endirilib.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib.

Bu qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il mart ayının 28-də açıqlanacaq.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN