Gələn ildən Azərbaycanda Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcələrinin depozit faizlərinə təsir edəcəyi gözlənilir.

TEZADLAR.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov vergiler.az-ın sualına cavab olaraq bildirib. Onun sözlərinə görə, uçot dərəcəsinin kredit və depozitlərə təsir göstərməsi üçün uzunmüddətli prosesdən keçməyə ehtiyac var:

“Proses tək monetar siyasətimizin çərçivəsini dəyişməsi, hansısa qərarların verilməsi ilə bitmir. Burada bazar iştirakçılarının davranışları və monetar, fiskal siyasətlərin koordinasiyası çox vacibdir. Bazar iştirakçıları yeni çərçivəyə öyrəşməlidirlər. İkincisi, bu gün bazarda kifayət qədər likvidlik mövcuddur. Bu likvidliyi strelizasiya etmək üçün bizə vaxt lazımdır. Çünki yüksək likvidlik şəraitində Mərkəzi Bankın faiz dərəcələri effektiv işləmir. Hesablarda olan böyük vəsaitlər bizim faizlərə reaksiya vermir. Ona görə də pulun həcmini o səviyyədə saxlamalıyıq ki, onun dəyəri AMB-nin qərar verdiyi dəhlizdə olsun”.

Bununla bağlı daim təkmilləşdirmə işlərini apardıqlarını deyən T.Kazımov əməliyyat çərçivəsində yeni alətlər tətbiq etdiklərini bildirib. Məcburi ehtiyatlara yanaşmada AMB-nin yenilik tətbiq etdiyini vurğulayıb: “Biz buna bazar iştirakçılarının reaksiyasını görməliyik. Monetar və fiskal siyasətlərin güclü koordinasiyası vacibdir ki, bazarda likvidlik düzgün idarə edilsin. Düşünürəm ki, növbəti ildən uçot dərəcəsinin depozit seqmentinə təsirini görməyə başlayacağıq".

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN