Azərbaycanın kofe istehsalı sahəsində aparıcı şirkətlərindən biri olan “SENSUM by Amapola” MMC 2023-cü il ərzində istehsal və ixracının ümumi həcmini 2022-ci illə müqayisədə 1,5 dəfəyədək artırıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına MMC-nin Satış şöbəsinin rəhbəri Kamran Rəhimli deyib. Onun sözlərinə görə, şirkətin fəaliyyət istiqamətləri kofe istehsalı və satışı, kofe avadanlıqlarının idxalı və həmin avadanlıqlara texniki xidmət göstərilməsidir.

“SENSUM Coffee” markası altında istehsal olunan kofe məhsullarının həm yerli, həm də xarici bazarda satışı təşkil olunur. Şirkət “Made in Azerbaijan” brendi ilə istehsal etdiyi kofeni Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Qazaxstana ixrac edir. İstehsal üçün lazım olan xammal - yaşıl qəhvə dənələri Cənubi Amerika və Afrikanın müxtəlif ölkələrindən gətirilir. Onlar “SENSUM by Amapola”nın emalatxanasında mütəxəssislərin nəzarəti altında, qəhvənin növünə uyğun olaraq, qovrulur: “Müştərilərimizin sayı artdıqca istehsal həcmi də artır. Hazırda məhsullarımızın yeni ölkələrə çıxması üçün müxtəlif özəl və dövlət qurumları ilə danışıqlar aparılır. Biz ölkəmizi beynəlxalq miqyasda “Made in Azerbaijan” brendi ilə tanıtmaqdan məmnunluq hissi duyuruq”.

Xatırladaq ki, “SENSUM by Amapola” MMC 2023-cü ildə “Fəal ixracatçı şirkət” nominasiyası üzrə “Dayaq” mükafatına layiq görülüb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN