Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan

və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi (kontraktı) əsasında işləyən şəxs (xüsusi rütbəli şəxslər istisna olmaqla) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis hesab olunur. Bəs onlar hansı hallarda Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlərdən istifadə hüququna malikdirlər?

 

TEZADLAR.AZ xəbər verir ki, "vergiler”ın sualına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.

Aşağıdakı hallarda işğaldan azad olan ərazilərdə işləyən mütəxəssislər güzəştlərdən yararlana bilərlər:

  1. Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;
  2. Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;
  3. Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

Yuxarıda qeyd olunan xüsusiyyətlər birgə mövcud olduğu hallarda həmin mütəxəssislərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ var. Əgər yuxarıda qeyd olunan xüsusiyyətlərdən biri pozularsa, Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlərin tətbiqi dayandırılır.

Misal 1: Bakı şəhəri ərazisində vergi qeydiyyatında olan “AAA” MMC-nin işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən layihəsində həmin ərazidə məskunlaşmış ali təhsilli, mühəndis vəzifəsində çalışan işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunmur. Çünki müəssisə Bakı şəhəri ərazisində vergi uçotundadır.

Misal 2: “AAA” MMC-nin Ağdam rayonu ərazisində yerləşən filialında mühasib vəzifəsində çalışan işçi ay ərzində 20 gün həmin filialda əmək fəaliyyətini davam etdirir, qalan günlər isə həmin müəssisənin Bakı şəhərində yerləşən ofisində işləyir. Bu halda da işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunmur. Çünki işçi azad olunmuş ərazidə məskunlaşmayıb.

Misal 3: “AAA” MMC-nin Laçın rayonu ərazisində vergi uçotunda olan və həmin ərazidə yerləşən filialında aqronom vəzifəsində çalışan Sumqayıt şəhər sakini əmək fəaliyyətini daimi olaraq həmin müəssisədə həyata keçirir. Bu halda həmin işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunur və qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququna malikdir.

Misal 4: Kəlbəcər rayon sakini Kəlbəcər rayonu ərazisində vergi uçotunda olan, həmin ərazidə fəaliyyət göstərən müəssisədə insan resursları üzrə mütəxəssis olaraq əmək fəaliyyətini həyata keçirir. Bu halda həmin işçi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində işləyən mütəxəssis hesab olunur və qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququna malikdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN