Bu gün Bakıda təşkil edilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirir.

Plenar sessiya çərçivəsində moderator olduğum Sosial və mədəni məsələlər daimi komitəsinin iclası keçirildi.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında məlumat paylaşıb.

O, qeyd edib ki, sosial və mədəni məsələlər daimi komitəsinin gündəliyinə 13 məsələ daxil edilərək müzakirə olunub:

      “1. Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması üzrə tədbirlər haqqında Qətnamə layihəsi;

  1. İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Asiya İnteqrasiyasına dair Qətnamə layihəsi;
  2. Asiyada sağlamlıq bərabərliyi üzrə əməkdaşlıq haqqında Qətnamə layihəsi;
  3. Asiya parlamentarilərinin korrupsiyaya qarşı mübarizəsi haqqında Qətnamə layihəsi;
  4. APA-nın Qadın Parlamentarilər haqqında Qərar layihəsi;
  5. Dünya dinlərinin ardıcılları arasında dialoqun və harmoniyanın təşviq edilməsi haqqında Qətnamə layihəsi;
  6. Asiyada mədəni sərvətlərin qaçaqmalçılığına qarşı mübarizədə hüquqi və qanunvericilik sahəsində əməkdaşlıq haqqında Qətnamə layihəsi;
  7. Asiyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə səmərəli əməkdaşlıq haqqında Qətnamə layihəsi;
  8. Asiyada davamlı cəmiyyət üçün keyfiyyətli uşaq və gənclərin inkişafının təşviqi haqqında Qətnamə layihəsi;
  9. Asiyada Yaşlanma Cəmiyyəti haqqında Qətnamə layihəsi;
  10. Asiyada İnsan İnkişafına dair Qətnamə layihəsi;
  11. Asiyada turizm əməkdaşlığı haqqında Qətnamə layihəsi;
  12. Komissiya haqqında Qərar layihəsi (Təxirə salınmış)”.

 v

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN