Fevral ayındakı kəslin dollar tələbindən sonra xarici valyuta sifarişi yenidən stabilləşməkdədir. TEZADLAR.AZ xəbər veriri ki, bu fikri Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O, vurğulayıb ki, sonuncu hərracda cəmi 68,9 milyon dollar sifariş olub.
İqtisadçı ötən ay dollara olan tələbin əvvəlki ilin eyni dövrü ilə müqayisədə artdığını diqqətə çatdırsa da, marta ayında stabilləşmə baş verməsini də müsbət hal kimi qiymətləndirib. Həmçinin Vüqar Bayramov manatın məzənnəsinin bu ildə neft gəlirlərindən acılı olacağını da xatırladıb
"Qeyd edək ki, fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınmışdı ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çox idi. Mart ayında dollar tələbinin stabilləşməsi müsbət haldır. Bununla yanaşı, mart ayında xarici səfərlərin sayının çoxluğunu nəzərə alaraq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir.
Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatının təhlili göstərir ki, bu ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.
Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq", - deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər.
"Bütün bunlar kontekstində isə, dollara tələbin stabilləşməsi Mərkəzi Bankın valyuta bazarına təsir imkanlarını genişləndirir. Bu növbəti mərhələdə intervensiyanın sterilizasiya ilə əvəzlənməsinə gətirib çıxara bilər", - iqtisadçı qeyd edib.
Y.Məmmədli