Azərbaycanın yerli kapitallı “Kontakt Kaspi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Ağdam Sənaye Parkında qeyri-rezident olaraq beton və beton məmulatları zavodu quracaq.

TEZADLAR.AZ xəbər verir ki, bunu  Azərbaycan iqtisadiyyatı Teleqram kanalına MMC-nin direktoru Nərgiz Bədəlova deyib. Onun sözlərinə görə, artıq parkın ərazisində zavod üçün yer ayrılıb. Bu ilin aprelinə qədər zavodun tikinti layihəsi təsdiqlənərsə, may ayından inşaat işlərinə başlanılacaq. Tikinti işlərinin təxminən 2-3 ay davam edəcəyi gözlənilir.

Zavodun məhsulları daxilin tələbatın ödənilməsi ilə yanaşı, “Made in Azerbaijan” brendi altında xaricə də ixrac ediləcək.

Layihənin investisiya dəyəri təxminən 1 milyon 250 min manatdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN