Ötən gün  “Baku Marriott Hotel Boulevard”da  “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Forum keçirildi.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan Forumda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra “Azərsüd”ün qadınlara həsr olunmuş sosial videoçarxı nümayiş olundu.
Tədbir “Azərbaycanda Qadın Sahibkarlıgının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayevanın çıxışı ilə başladı. 
O, mövzu ilə baglı Forum iştirakçılarına ətraflı məlumat verdi.

t

Çıxışçılar - Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, AR Kiçik və Orta Biznesin İnkişafı Ağentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AR Əmək və sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev cəmiyyətdə qadınların fəal rolundan maraqlı faktlarla danışdılar.
Çex-Moraviya İş Qadınları və Menecerlər Assosiasiyasının prezidenti, Femmes Chefs D’EntreprisesMondiales- in vitse-prezidenti xanım Katerina Haring, Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel də çıxış etdilər. Yeri gəlmişkən, britaniyalı xanım Qven Börçelə DAMM-nin EŞ-nın sədri,”Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazıçı- publisist, AJB- nin üzvü Nəzakət Əhmədova milli örtüyümüz olan kələğayını, gənc yazıçı -şair Sevindik Nəsiboğlunun “Ulu Öndərin İşığında” və özünün “Gecıkmiş çiçəklər” kitablarını,”Xarıbülbül” döş nişanını, eyni zamanda Katerina Haringə də hədiyyə etdi.

t

Tədbirdə şəhid övladlarının qatıldığı “Odlar Yurdu” rəqs qrupunun ifası alqışlarla qarşılandı. Fasilədən sonra Panel İ üzrə ” Qadın sahibkarlığında innovativ gələcək” mövzusunda müzakirələr başlandı.
I Panelin moderatoru - AQSİA-nın sədri Səkinə Babayeva sözü Bakı Biznes Universitetinin Universitet–Sənaye İş Birliyi Mərkəzinin rəhbəri Gülşən Bayramovaya, "Foxy Agency"in rəhbəri Xəyalə Məmmədovaya və “Azərsun Holdinq”in Marketinq şöbəsinin müdiri Nəzrin Əliyevaya verdi. Onlar öz fəaliyyətləri, uğurları ilə toplantı iştirakçılarını tanış etdilər.

t
Panel İİ -“Beynəlxalq arenada qadın liderlərin təcrübəsi” nə həsr olundu.

Moderatoru - AQSİA Rəqəmsallaşdırma Komisiyasının rəhbəri , Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva idi.
Çıxışçılar Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) rəhbəri Qven Börçel və Çex- Moraviya İş Qadlnları və MenecerlərAssosiasiyasının prezidenti, Femmes. Chefs D’Entreprises Mondiales- in vitse- prezidenti Katerina Haring öz iş təcrübələrindən danışdılar.
Sonda xatirə şəkilləri çəkildi.

 ted41

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN