Bu ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, qalanı isə digər mallarının alınmasına sərf olunub.
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, xərcləmələrin strukturunda diqqəti çəkən məqam içkilər və tütün məmulatlarının alınmasına yönəldilən vəsaitin həcmidir.
İqtisadçı vurğulayıb ki, Azərbaycanda 2 ayda kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına cəmi 109 milyon manat xərclənildiyi halda, bir ayda içki və tütün məmulatlarına orta hesabla 220 milyon manat xərcləyiblər. 
"İlk 2 ayda vətəndaşlar bu məqsəd ilə 440.4 milyon manat xərcləyiblər. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən içkilər və tütün məmulatların alınmasına hər ay orta hesabla 220 milyon manat xərclənir. 2024-cü ilin ilk 2 ayında kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına isə cəmi 109 milyon manat xərclənib. Yəni, Azərbaycanda içki və tütün məhsullarına kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınması ilə müqayisədə hər ay 4 dəfə çox pul xərclənir.
Oksford Universitetinin son tədqiqatlarına görə, dünya əhalisinin ən azı 8 faizi tütün məhsullarının, 5 faizi isə spirtli içkilərin istehlakından dünyasını dəyişir. Kompüterlər və telekommunikasiya avadanlıqları isə innovasiya və elmin inkişafı baxımından çox vacibdir. Belə görünür ki, biz elmdən daha çox ölümə pul xərcləyirik", - Vüqar Bayramov qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN