“COP29-a ev sahibliyi edən ölkə olaraq daha dayanıqlı və iqlim maliyyəsi ilə bağlı öncəki təşəbbüslərdən mahiyyət etibarilə fərqlənən yeni təşəbbüslər irəli sürmək niyyətindəyik”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Birgə İstiqamətləndirici Komitənin illik iclasında deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində “yan tədbirlər”in (side event) təşkili, birgə təşəbbüslərin irəli sürülməsi, təşəbbüslərin konsepsiyasının hazırlanmasında və region ölkələri ilə razılaşdırılmasında dəstək, bilik və bacarıqların artırılması, karbon vergisi və karbon ticarəti üzrə təcrübələrin bölüşdürülməsi, yaşıl istiqrazların dövriyyəyə buraxılışı istiqamətlərində dəstəyin göstərilməsi məqsədilə beynəlxalq təşkilatlar və şirkətlərdən çoxsaylı müraciətlər daxil olur.

Nazir müavini əlavə edib ki, COP29 vasitəsilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “karbon neytrallığı” konsepsiyaları əsasında layihələrin icrası barədə maraqlı tərəfləri daha geniş məlumatlandıra bilərik: ”Ancaq bu ərazilərdə mina təhlükəsinin davam etməsi insanların həyatına təhlükə yaratmaqla yanaşı, iqtisadi dirçəliş prosesini ləngidir. Minalar ümumilikdə regionun ekoloji mühiti üçün ciddi təzyiqdir. Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. COP29 Azərbaycanın irəli sürdüyü 18-ci Milli DİM layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün də mühüm platforma rolunu oynaya bilər”.

S.Məmmədov qeyd edib ki, iqlim maliyyəsi COP29-un əsas müzakirə mövzularından biri olacaq: ”Xüsusilə İnkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha həssasdırlar. Bu məqsədlə 2009-cu ildə Danimarkanın ev sahibliyi etdiyi COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələri ilə bağlı problemlərin həllində ehtiyacları ödəmək üçün hər il 100 milyard ABŞ dolları məbləğində vəsaiti səfərbər etməyi öhdələrinə götürmüşdülər. Ancaq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamalarına əsasən, (2020-ci il) inkişaf etmiş ölkələr tərəfindən cəmi 83,3 milyard dollar məbləğində vəsaitin təmin edildiyi təxmin edilir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN