"İnvest-AZ investisiya Şirkəti" ənənəsinə yenə sadiq qalaraq neçə gündür ki, ödənişsiz seminarlar həyata keçirir. Qeyd edim ki, burada yalnız fərdi seminarlar ödənişlidir.

“Pulsuz başlanğıc seminarı ilə Yatırım dünyasına addım atın” şüarı ilə başlayan bu tədbir İnvestAZ şirkətinin Mərkəzi ofisinin tədris salonunda izahlı təqdimatlar vasitəsilə həyata keçirilir. Bu seminara “Təzadlar” qəzetinin əməkdaşı da dəvətli idi.

Seminarı "İnvest-AZ investisiya Şirkəti"nin yatırım məsləhətçisi Mircəlal Sultanov açıq elan edərək, peşəkar tədrisə başladı. 2 saat davam edən seminarda mən həm Mircəlal bəyin verdiyi məlumatları, həm də eyni zamanda şirkət haqqında apardığım jurnalist araşdırmalarımı oxucularımızın diqqətinə çatdırmaq istəyirəm.

mircelal-sultanov 

Öncə bildirək ki, "İnvest-AZ investisiya Şirkəti" QSC, 09.01.2016-ai il tarixli 087986 saylı lisenziyası asasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

"İnvest-AZ” haqqında bildirək ki, şirkət Azərbaycan investisiya vasitəçiliyi bazarını genişləndirmək və inkişaf etdirmək məqsədilə bütün investorların yeni və fərqli tətbiqlərindən faydalanmasını təmin edir.

"İnvest-AZ”  ölkəmizdə sərmayə bazarının genişlənməsini və bu sahəyə maraq göstərənlərə yardımçı olmağı hədəfləyir. Məqsəd şirkətin təlim sahəsindəki üstünlükləri investorların öz potensialını anlamalarına köməkçi olmaqdır.

Şirkət yatırım dünyasının qaydalarını yenidən formalaşdırır. Çünki şirkət gəlir əldə etmək istəyən hər bir kəsin fərdi yatırımçı olma potensialını nəzərə alaraq bu sahəni ölkəmizdə və dünyada inkişaf etdirmək hədəfilə hər keçən gün innovasiyaları təkmilləşdirməyi davam etdirir.

"İnvest-AZ”  müştərilərinə investisiya Bankçılığı, Broker Xidmətləri və Marjinal Ticarət ilə bağlı məhsullar təqdim etməkdədir. Aktivlərin darə edilməsi, İstiqrazlar, Səhmlər, Fyuçerslər, Fərq müqavilələri, Forex, əmtəələr, indekslər kimi digər məhsulları seçərək faydalana bilməyin mümkünlüyünü müştərilərinə bildirir.

"İnvest-AZ”  bazardakı rəqabətçil qiymətləri ilə müştəri xərclərini azaldaraq ən sərfəli ticarət şərtlərini təqdim edir. "İnvest-AZ”  investor Yatırım platformasında tək hesab ilə bütün yatırım alətlərindən istifadə etmə imkanını təqdim edir. Bundan başqa, Forex hesabınızı açıq əməliyyatlar daxil 5 dəqiqə içərisində "İnvest-AZ”-a köçürmə, birdən artıq Forex hesabı açma  və həftəsonu, tətillər daxil 24 saat ərzində yatırım hesablarınız arasında avtomatik pul köçürmələri kimi bir çox fərqli özəlliklərdən yararlana bilməyi əmin edir.

invest-az

"İnvest-AZ investisiya Şirkəti" müştərilərinə bildirir:

"İnvest-AZ”  təkmilləsdirilmiş texnoloji investisiya infrastrukturu ilə dünyanın qabaqcıl likvidlik təchizatçılarından alınan qiymətlər, aşağı spred dərəcələri və üstün əmr qarşılama siyasətilə yüksək keyfiyyətdə əməliyyat reallaşdıra bilmə imkanını təqdim edir. "İnvest-AZ”-da yatırımçılar, əməliyyatlarını gecə-gündüz, fasiləsiz olaraq geniş alətlər seçimində, minimuma endirilmiş spredlərlə reallaşdıra bilərlər.

"İnvest-AZ” bildirir ki, yatırımlarınıza nəzarət etmək üçün fərqli yerlərə daxil olmağa ehtiyac yoxdur. Şirkət investor platforması ilə lazım olan bütün məlumatların tək platformada cəmləşdiyini bildirir. Belə ki, "İnvest-AZ” ilə Foreks bazarlarında daha sərfəli şərtlərlə ticarət edin, təqdim edilən üstünlüklərdən yararlanaraq qazanmağa başlayın.

Foreks yatırım dünyasına addım atın, öyrənin, təcrübə toplayın, investisiya edin və müasir dövrün ən gəlirli peşəsinə yiyələnin.

"İnvest-AZ” ilə Foreks bazarlarında daha sərfəli şərtlərlə ticarət edin, təqdim edilən üstünlüklərdən yararlanaraq qazanmağa başlayın.

Dünyanın ən çox istifadə edilən Web əsaslı Forex əməliyyat platforması "İnvest-AZ” WebTrader ilə internetə bağlı  hər hansı bir kompüterdən asanlıqla hesabınıza daxil ola, əməliyyatlarınızı sürətli bir şəkildə reallaşdıra bilərsiniz.

- Müştəri portfelinin xarici valyuta və bazar risk hecingi;

- İnvestisiya strategiyasının həyata keçirilmə mümkünlüyü;

- Qlobal maliyyə birjalarına çıxış imkanları;

- Bakı Fond Birjasına daxil olma imkanı;

- Ən yaxşı seçim cəhdlərinin anderraytinq xidmətilə təmini;

- İstiqraz emissiyası üçün təhlil və məsləhətləşmələr;

- Emissiya üçün sənədləşmənin hazırlanması və icrası;

- Tələbin toplanması, yerləşdirmənin həyata keçirilməsi və aşağı faizlə kapital cəlbi;

100 000$ virtual pul ilə Yatırım bazarlarında pul qazanmağın yollarını kəşf edin!

- Genis alət seçimi ilə ticarət imkanı;

- Zaman və məkan məhdudiyyətsiz əməliyyatlar;

- 100.000$ virtual vəsait ilə risksiz təcrübə;

- 5 gün 24 saat açıq Foreks bazarı.

FOREKSİN HANSI ÜSTÜNLÜKLƏRİ VAR?

Foreks Sizin maliyyə bazarları ilə bağlı düşüncılərinizi dəyişə biləcək üstünlük və imkanlara sahibdir.

Foreksə hər kəs qatila bilər.

Peşəsindən və ixtisasından asılı olmayaraq hər kəs bu þirjada tam sərbəst ticarət edə bilr. Əsas olan qərarınızı qətiləşdirməyinizdir. İistər maliyyə bazarları üzrə mütəxəssis, istərsə də sadə vatəndaş olun, Foreksə siz də sərbəst qatılaraq sərmayənizi effektiv idarə edə bilərsiniz.

Sadə və rahat iştirak imkanı.

Ənənəvi birjalarda bürokratik əngəllər uzun zaman itkilərinə səbəb olur. Foreksdə isə zaman və məkan məhdudiyyəti olmadan ticarət qərarlarınızı hər saniyə gerçəkləşdirə bilərsiniz. Bu da sizə qısa zamanda yüksək qazanc imkanı yaratmaqla yanaşı, zaman itkiləri nəticəsində zərər risklərinizi də aradan qaldırmağa imkan yaradacaqdır.

Bütün iştirakçılar bərabərhüquqludur.

İstər böyük, istərsə də kiçik sərmayə ilə bu birjaya qatılan bütün istirakçılar üçün ticarət şərtləri eynidir. Hər kəs, dünyanın hər bir yerində eyni qiymətlə ala və eyni qiymətlə sata bilər. Gündəlik 5.5 trilyondan artiq dövriyyə həcmi ilə dünyanın ən böyük maliyyə bazarı olması səbəbindən Foreksdə kapital zənginliyindən asılı olmayaraq heç bir iştirakçı süni manipulyasiya edə bilməz.

Ticarət alətləri olduqca zəngindir.

Foreks ənənəvi olaraq valyutalarla ticarətin həyata keçirildiyi beynəlxalq birja olmasına baxmayaraq, hazırda investisiya şirkətləri müştərilərinə olduqca fərqli ticarət alətləri də təqdim etməkdədirlər. Foreksə qatlaraq müxtəlif ölkələrin milli valyutaları ilə yanası, neft, qızıl, gümüş, birja indeksləri v beynəlxalq şirkətlərin səhmləri ilə də ticarət edə bilərsiniz.

Foreks aktiv birjadır.

Foreksdə alıcı və ya satıcı axtarmağa ehtiyac yoxdur. Almaq istədiyiniz ticarət alətlərinin hər zaman bir satıcısı, satmaq istədiklərinizin isə hər zaman bir alıcısı vardır.

Hər an inkişafdayıq!

Sizlərə daha yaxşı xidmət verə bilmək üçün mükəmməlliyətçi məqsədimiz ilə daim inkişaf edərək yatırım bazarlarına dəyər qatırıq. Yatırım alətlərini sizə ən asan və anlaşılan bir dildə təqdim edirik. Qazanmaq istəyən hər bir kəs artıq asanlıqla yatırımçı ola bilər. Sizi də investisiya dünyasına addım atmağa dəvət edirik. Ən önəmli prinsipimiz mükəmməlliyətçiliyimizdir! Üstün texnoloji strukturumuz və təkmilləşmiş alətlərimiz ilə sizləri gələcəyə aparırıq.

Dünya maliyyə bazarları üzrə geniş çesiddə xidmətlər təqdim edən şirkətimiz müasir alətləri və peşəkar xidmətləri ilə hər kəsə dünya birjalarında fərqli gəlir əldə etmək imkanı yaradır. “İnvest-AZ şirkəti” təkcə ölkəmizdə deyil, kənarda da müştərilərə dünya birjalarında valyutalar, qiymətli kağızlar, kriptovalyutalara yatırım, dünya səhmlərinə yatırım, səhmlər, fond indeksləri və enerji daşıyıcıları ilə ticarət və istiqrazarla qazanc imkanı yaradır.

Sonda onu qeyd etməyi özümə borc bildim ki, 20 ildən artıqdır fəaliyyət göstərən "İnvest-AZ investisiya Şirkəti" mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Şirkət davamlı olaraq cəbhə bölgələrinə TIR-larla ərzaq və digər vacib olan yardımlar  göndərib.

Rövşanə XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN