Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu - Bakı-Tbilisi-Qars yenidənqurmadan sonra təxminən iki həftəyə istifadəyə veriləcək.

Tezadlar.az Gürcüstan Dəmiryolu Departamentinə istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Rövşən Rüstəmov məlumat verib. Rüstəmov qeyd edib ki, aparılan işlərin 99 %-i tamamlanıb və dəmir yolu xətti mayın 20-dən tam istismara veriləcək. Məlumat üçün bildirək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib.

 Layihə çərçivəsində 98 km uzunluğunda Qarsı-Axalkalaki dəmir yolu xətti çəkilib ki, bunun da 68 km-i Türkiyə ərazisindən, 30 km-i isə Gürcüstan ərazisindən keçir. Bundan əlavə, layihə çərçivəsində 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması işləri aparılıb. Magistral yolun Gürcüstan hissəsindəki işlər Azərbaycan tərəfindən maliyyələşdirilib və bunun üçün, Gürcüstana 775 milyon dollar məbləğində iki güzəştli kredit verilib. Ötən ilin yazında aparılan modernləşdirmə ilə əlaqədar sözügedən dəmir yolu magistralında nəqliyyatın hərəkəti dayandırılıb. Modernləşdirmədən sonra yükdaşımaların həcminin 5 dəfə artacağı gözlənilir. Bundan əlavə, ilk mərhələdə yük dövriyyəsinin ildə 6,5 milyon tona, sərnişinlərin həcminin isə bir milyon nəfərə çatacağı nəzərdə tutulur.

Artıq Gürcüstanı gəzmək, Borçalı elini ziyarət etmək şansı yaxındadır... Hər kəsə dost və qonşu Gürcüstana gözəl səyahət arzulayırıq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN