Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti təşkilatın direktoru Rafael Qrossi ilə birlikdə Zaporojye AES-ə gəlib. Bu, BAEA rəhbərinin əraziyə üçüncü səfəridir.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
2022-ci ildəki ilk səfərdən sonra qurumun növbəli heyəti stansiyada qalıb.
“Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti indicə Zaporojye AES-ə gəlib. Ona təşkilatın baş direktoru Rafael Qrossi rəhbərlik edir”, - stansiya nümayəndələri bildiriblər.
Bundan əvvəl Rafael Qrossi bildirmişdi ki, Zaporojye AES-də nüvə qəzası təhlükəsinin nəyin bahasına olursa-olsun baş verməsinə yol vermək olmaz. Onun sözlərinə görə, obyektə vurulan zərbənin nəticələri fəlakətli ola bilər.
Avqust ayında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin iki birbaşa zərbəsi nəticəsində Zaporojye Atom Elektrik Stansiyasına ciddi ziyan dəyib. “Rosatom” dövlət korporasiyası aydınlaşdırıb ki, yanğın söndürülüb, lakin stansiyanın soyuducu qülləsinin daxili strukturları zədələnib.
Daha sonra, avqustun 27-də BAEA rəhbəri Kursk vilayətinə səfər edib. Qrossi bildirib ki, onun səfəri Rusiya obyektindəki vəziyyətin ciddiliyi ilə diktə edilib. O izah edib ki, vəziyyətlə şəxsən tanış olmaq və atom elektrik stansiyalarında nüvə təhlükəsizliyinin vəziyyətini qiymətləndirmək üçün tələb oluna biləcək gələcək iş yollarını müzakirə etmək istəyir. Kursk AES-ə baş çəkdikdən sonra Qrossi bildirib ki, o, obyektdə PUA-nın zərbələrinin izlərini görüb.
E.ŞİRİNOV