Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik biznes yaradılıb.
TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.
Qeyd edilir ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır.
2020-2025-ci illəri əhatə edən, 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin icrasının nəticəsi olaraq, 2025-ci ilin sonunadək 25 mindən çox benefisiarın bu layihəyə cəlb edilməsi hədəflənir.
Layihə üzrə kiçik biznesini quraraq uğurla inkişaf etdirən şəxslər bizneslərini genişləndirmək üçün həvəsləndirmə mükafatları olaraq əlavə dəstəklə də təmin olunurlar.