Bu ilin yanvar-sentyabr aylarında ölkədən 89,9 milyon ABŞ dolları dəyərində 408,6 min tondan çox azot gübrəsi ixrac olunub.
TEZADLAR.AZ Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 78,4 faiz, həcm baxımından isə 2 dəfədən çoxdur.
Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,45 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,65 faizə bərabər olub.