Bu ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 539,2 milyard manatı, sayı isə 123,3 milyonu ötüb.
TEZADLAR.AZ Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmində 17,5 faiz, sayında isə 13,6 faiz artım qeydə alınıb.
Cari ilin ilk 9 ayında AZİPS vasitəsilə 1,58 milyon əməliyyat üzrə 500,4 milyard manat, XÖNKS vasitəsilə 121,2 milyon əməliyyat üzrə 38 milyard manat, AÖS ilə isə 553,1 min əməliyyat üzrə 764 milyon manat həcmində ödəniş həyata keçirilib.