Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.

Dövlət Turizm Agentliyinin TEZADLAR.AZ-a verdiyi məlumatına görə, tədbirdə iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, turizm nümayəndəliyinin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək.

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artımdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN