Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.

Tezadlar.az xəbər verir ki, nazir 6 noyabr tarixində Roma şəhərində keçiriləcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group–WFEG) birinci Nazirlər iclasında iştirak edəcək.

İtaliyanın baş naziri Giorgia Meloni və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin həmsədrlik edəcəyi tədbirdə termo nüvə enerjisini inkişaf etdirmək üçün inklüziv və qlobal yanaşmanın mənimsənilməsi, WFEG çərçivəsində qlobal səylərin təşviqinə dair fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN