İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatr ilə videoformatda görüş keçirib.

Tezadlar.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Görüşdə IOTA-nın fəaliyyətinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyi müddətində həyata keçirilən işlər, strateji inkişaf planları və perspektivlər müzakirə edilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN