Cənubi Koreya it ətini qadağan etməyə hazırlaşır
Cənubi Koreya hökuməti it ətinin istehlakını qadağan etmək üçün hərəkətə keçib. Kənd Təsərrüfatı Nazirliyi də daxil olmaqla 7 hökumət idarəsi öz təkliflərini parlamentə təqdim edəcək. Qeyd edək ki, ilk rəsmi addım Cənubi Koreya prezidenti Moon Jae-nin ölkədə it ətinin istehlakını qadağan etməyi planlaşdırdığını açıqladıqdan sonra atılıb.
Kənd Təsərrüfatı Nazirliyi də daxil olmaqla, 7 dövlət idarəsinin də məsul işçiləri və mülki ekspertlər qrupu it ətinin istehlakının qadağan edilməsi ilə bağlı tövsiyələrini təqdim etmək üçün işə başlayacaq. Cənubi Koreyada, xüsusilə gənclər it ətini yemək seçimim kimi hesab etmirlər.
Həmçinin it əti satışı da populyarlığını itirib. 2020-ci ildə aparılmış sorğuya görə, Cənubi Koreyalıların, təxminən 84 faizi nə it əti istehlak edir, nə də gələcəkdə onu yeməyi planlaşdırır. Amma son sorğular göstərir ki, daha çox insan it ətini yeməsə belə, it əti yeyilməsinin qadağasına qarşıdır. Seul hökumətinin işçi qrupunun yaradılması ilə bağlı addımı ölkədə bir ilk olsa da, bu, ölkədə it ətinin qəti qadağan olunacağı anlamına gəlmir.Hökumətin bu istiqamətdə apardığı siyasətinə təsir etmək üçün həm heyvan haqları fəalları, həm də it fermalarından etirazlar yüksəlir.
Qeyd edək ki, dünyada it ətindən qida məhsulu kimi istifadə edən ölkələrin öncüllərindən biri Çin Respublikasıdır. Statistik məlumatlara görə, hər il Çində, təxminən 20 milyon it istehlak edilir. Hətta hər il ölkənin Yulin şəhərində it ətinin satıldığı böyük festival da keçirilir. Ötən il ölkədə keçirilən festivalda 12,3 milyon dollar dəyərində it əti satıldığı da açıqlanıb
Çindən sonra it ətindən istifadə edən ölkə Vyetnamdır. Vyetnamda kəsmək üçün evlərdə it belə saxlayırlar. İt ətində istifadə edən ölkələr siyahısına Hindistan, Cənubi Koreya, Nigeriyanın da adı daxildir.
Avropda it ətindən istifadə edən yeganə ölkə İsveçrə hesab olunur. İsveçrədə it əti kolbasa şəkilində istehlak olunur. İsveçrədə insanların təxminən 3% -i it ətindən hazırlanan kolbasadan istifadə edib.
Dünyada koronavirusun tüğyan etdiyi bir zamanda it ətinin yeyilməsi, ümumiyyətlə düzgün hesab edilməsə də, bir çox insan hələ də bundan imtina etməyi düşünmür...
JASMİN