2022-ci il yanvarın 1-dən Türkiyədən Ermənistana
tikinti materiallarının idxalı qadağası aradan götürüləcək.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verib.
Qeyd olunur ki, növbəti aylarda Ermənistana Türkiyədən geyim, ayaqqabı, kosmetika və digər məhsulların idxalına qadağanın aradan qaldırılacağı da gözlənilir.
TEZADLAR.AZ