Qazaxıstan Respublikasında 2021-ci ildə ödənişli yollardan 8,1 milyard tenge gəlir əldə edilib.

Son bir ildə Qazaxıstanda fəaliyyət göstərən 11 ödənişli yol hissəsindən 8,1 milyard tenge (tenge – Qazaxıstanın pul vahidi) yığılıb.

Bu barədə ölkənin Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Pulun əsas payı ümumi uzunluğu 682 km olan dörd hissədən gəlib. Söhbət Nur-Sultan - Temirtau, Nur-Sultan - Şuçinsk, Almatı - Kapşaqay və Almatı - Xorqos avtomobil yollarından gedir. Orada sürücülərdən 6,9 milyard tenge toplayıblar.

Qalan 1,2 milyardı isə 2021-ci ilin noyabr ayının sonunda istifadəyə verilmiş yeni yollar gətirib - Taraz - Kainar, Çimkent - Qızılorda, Çimkent - Taraz, Çimkent - gr. Özbəkistan, Taldıkorqan - Kapşaqay, Kokşetau – Şuçinsk və Nur-Sultan - Pavlodar.

Bildirilir ki, toplanan pullar həm yol, həm yolkənarı infrastrukturun, həm də ödənişli hissələrdəki avadanlıqların saxlanmasına yönəldilib.

Yerli KİV-in məlumatına görə, köhnə ödənişli yollarda şlaqbaumlar əvvəlki kimi fəaliyyət göstərsə də, yeni yollarda onlar yoxdur.

Qeyd edək ki, 100 000 Qazaxıstan təngəsi Azərbaycan manatı ilə 397.94 AZN edir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN