Ötən il ö ölkə ərazisində yaradılmış 12223 yeni müəssisə və təşkilatın 81,6 faizi Bakı şəhərinin payına düşür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlığa başlayıb.

AQTA ilə birgə layihə üzrə Mərkəz Agentliyin fəaliyyəti üzrə texniki işlərin görülməsinə və eyni zamanda, məşğulluğun təminatına dəstək məqsədilə həmin qurumda və Agentliyin Qida Təhlükəsizliyi İnstitutunda 500 nəfəri işlə təmin edəcək.

İşlə təmin edilənlər müfəttiş köməkçisi, sürücü, bağban, elektrik, santexnik, mühafizəçi və s. kimi peşələrdə çalışacaqlar.

Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar qazanmaq imkanı da əldə edəcəklər.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanacaq ki, bu da onların gələcək sosial təminat hüquqlarına əsas yaradacaq.

***

Xatırladaq ki, 2021-ci il ərzində ölkə ərazisində yaradılmış 12223 yeni müəssisə və təşkilatın 81,6 faizi Bakı şəhərində, 6,2 faizi Abşeron-Xızı iqtisadi rayonunda, 1,8 faizi Gəncə-Daşkəsən iqtisadi rayonunda, 1,7 faizi Lənkəran-Astara iqtisadi rayonunda, 1,4 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 1,2 faizi Mərkəzi Aran iqtisadi rayonunda, 1,2 faizi Qarabağ iqtisadi rayonunda, 1,0 faizi Qazax-Tovuz iqtisadi rayonunda, 1,0 faizi Quba-Xaçmaz iqtisadi rayonunda, 0,9 faizi Mil-Muğan iqtisadi rayonunda, 0,7 faizi Şirvan-Salyan iqtisadi rayonunda, 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonunda, 0,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,4 faizi Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyətə başlamışdır. 

Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi məlumatında bildirilib.

2021-ci il ərzində ölkədə yeni açılmış iş yerlərinin 10,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,1 faizi isə digər tədbirlər üzrə yaradılmışdır. Yeni iş yerlərinin 77,1 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 22,3 faizi digər regionların, o cümlədən 4,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Lənkəran-Astara, 2,2 faizi Quba-Xaçmaz, 2,0 faizi Şəki-Zaqatala, 1,5 faizi Qazax-Tovuz, 1,4 faizi Şirvan-Salyan, 1,3 faizi Mərkəzi Aran, 1,0 faizi Qarabağ, 1,0 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 21,7 faizi tikinti, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,2 faizi emal sənayesi, 6,5 faizi peşə, elmi və texniki fəaliyyət, 5,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,9 faizi turistlərin yerləşdirilməsi  və ictimai iaşə, 4,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi təhsil, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 11,6 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN