Dünyada bir çox ərzaq məhsullarının qıtlığının baş verəcəyi xəbərdarlıqlarından və real olaraq artıq baş verdiyindən

  bir çox ölkələr daxili təlabatı ödəmək üçün bəzi ərzaq məhsullarının ixracına qadağa qoyub.

Məsələn, Rusiya hökuməti buğda, çovdar, meslin, arpa, qarğıdalı, ağ şəkər və xam şəkər qamışının ixracına, Türkiyə paxlalılara - mərcimək, noxud və lobya və s, bitki yağlarına, emal olunmuş taxıla qadağa qoyub.

Azərbaycan da  Rusiya –Ukrayna müharibəsinə görə yaranmış ərzaq qıtlığını nəzərə alaraq bir neçə aydır ki, əsas ərzaq məhsullarının ölkədən ixracına məhdudiyyət tətbiq edib. Baş nazirin imzaladığı qərara əsasən ağ şəkər də daxil olmaqla, strateji ərzaq məhsullarının ölkədən ixracı yalnız İqtisadiyyat Nazirliyinin icazəsi ilə mümkün olacaq, yəni ölkə əhalisinin təlabatı tam ödəniləcəyi təqdirdə.

Bir müddətdir ki, Qazaxıstanda da şəkər və qənd piştaxtalarda qalmırdı. Alıcılar qıtlıq qorxusundan lazım olduğundan da çox şəkər alaraq ehtiyat yığırdılar. Hətta alıcıların təlabatını görüb, bəzi mağazalarda  şəkərin qiymətinin qaldırıldığı, hətta anbarlarda gizlədildiyi barədə də məlumatlar yayılmışdı. Kənd təsərrüfatı nazirliyi ölkədə kifayət qədər şəkər  (həm də xam şəkər) ehtiyatının olduğunu bəyan edib insanları narahat olmamağa səsləyirdilər.

Və artıq Qazaxıstan Respublikası kənd təsərrüfatı nazirinin 4 may 2022-ci il tarixli 140 nömrəli əmri ilə Qazaxıstan ərazisindən ağ şəkərin və xam qamış şəkərinin ixracına altı ay müddətinə qadağa qoyulur.

Sərəncam ilk rəsmi dərc edildiyi gündən 10 təqvim günü keçdikdən sonra qüvvəyə minir.

Beləliklə, sabahdan etibarən Qazaxıstan ağ şəkərin və xam qamış şəkərinin ixracını dayandırır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN