… «Təzadlar»a bəzi idarə və müəssisələrdə işçilərin əmək haqlarından hansısa təşkilata üzvlüyünə və ya sosial ehtiyaclara görə götürülmüş kreditlərə və s. borclar üzündən  tutulmaların olduğu barədə şikayətlər daxil olur.

Şikayətə səbəb kimi isə onu göstərirlər ki, bu tutulmalar könüllü olduğu halda, məcburi edilir. Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin hüquqşünası, əmək hüquqları üzrə mütəxəssis Azər Quliyev «Təzadlar»ın bu səpkili sorğusunu belə cavablandırdı:

-Qanunvericilik göstərir ki, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz. Yəni, bütün hallarda, işəgötürən işçinin yazılı ərizəsi-razılığı olmadan bunu etməməlidir… Amma praktikada rast gəlirik ki, işəgötürən bunu işçinin razılığını soruşmadan belə həyata keçirir. Məcburi tutulmalar yalnız məhkəmə qərarından sonra ola bilər…

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN