May ayında qlobal ərzaq qiymətləri indeksi əvvəlki aya görə 0,6 faiz azalıb, illik müqayisədə isə 22,8 faiz artıb.

Tezadlar.az xəbər verir ki, bu barədə mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

İndeksin alt bölmələrinə nəzər saldıqda, bitki yağları və süd məhsullarının qiymətlərində azalma, buğda, düyü və quşçuluq məhsullarında artım müşahidə olunub. May ayında taxıl qiymətləri indeksi əvvəlki aya görə 2,2 faiz, illik müqayisədə 29,7 faiz artıb. Buğda qiymətlərində isə aylıq müqayisədə 5,6 faiz illik əsasda isə 56,2 faiz artım olub. Beynəlxalq buğda qiymətləri 2008-ci ilin mart ayında qeydə alınan rekord səviyyədən cəmi 11 faiz bəndi aşağıdır.

Bitki yağı qiymət indeksi aprel ayı ilə müqayisədə 3,5 faiz azalıb, illik əsasda isə 31,1 faiz artıb. Süd məhsulları qiymət indeksində aylıq əsasda 3,5 faiz azalma, illik müqayisədə isə 16,9 faiz artım olub.

Mal əti qiymətləri indeksi mayda 0,5 faiz artıb və yeni rekord göstərici qeydə alınıb. İndeks illik müqayisədə isə 16,6 faiz artıb. Şəkər tozu qiymət indeksi aprel ayına nisbətən 1,1 faiz azalsa da, illik əsasda 12,6 faiz artıb. (AZƏRTAC)

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN