Qeyd edək ki, bölgələrimizdə ağac qətliamı davam edir.
Elə bu günlərdə vəzifəli şəxslər tərəfindən Yardımı meşələrində ağaclar kəsilmişdi. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldı.
Aparılan araşdırmalarla Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edildi.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi Yardımlı Rayon Prokurorluğuna tapşırıldı.
Meşələrdə qanunsuz olaraq ağacların kəsilməsi barədə belə faktlar isə az deyil və təəssüf ki, bu ağac qətliamına rəvac verənlər var...
JASMİN