ABŞ dövlət katibi Entoni Blinken də ötən gün Rusiyanın Ukrayna ixracat taxılını mənfəət məqsədi ilə oğurladığına dair etibarlı məlumatların daxil olduğunu dilə gətirib.
Reuters agentliyinin xəbərinə görə, o, bu barədə xeyriyyəçilər, qeyri-hökumət və biznes qurumları ilə virtual dəyirmi masada çıxışı zamanı deyib.
O, bildirib ki, bu gün aparıcı qəzetlərimizdən birində etibarlı məlumatlar var ki, Rusiya öz mənfəəti naminə - satmaq üçün Ukraynanın ixrac taxılını oğurlayır.
Blinken yəqin ki, bunu New York Times-dakı məqaləyə istinad edərək bildirib.
Nəşrin yazdığına görə, Vaşinqton keçən ay, əsasən Afrikada olan 14 ölkəyə xəbərdarlıq edib ki, Rusiya oğurlanmış Ukrayna taxılını xaricdəki alıcılara göndərməyə çalışır.
Ukrayna isə Rusiyanı Ukrayna taxılını Türkiyə və Suriyaya çatdırmaqda ittiham edib.
Blinken vurğulayıb ki, taxıl oğurluğu Rusiyanın müharibə dövründəki genişmiqyaslı hərəkətlərinin bir hissəsidir və bu, Ukraynanın buğda məhsulunu ixrac etmək qabiliyyətinə zərbə vurur və qlobal ərzaq təhlükəsizliyi böhranını daha da gücləndirir.
***
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidentinin müşaviri Oleq Ustenko Amerikanın “Newsweek” nəşrinə müsahibəsində bildirmişdi ki, Ukrayna ən azı 2022-ci ilin sonuna, hətta 2023-cü ilə qədər daxili və qlobal tələbatı ödəmək üçün kifayət qədər taxıl ehtiyatına malikdir.
Onun fikrincə, dünya bazarlarına taxıl çıxarmağın yeganə yolu müharibəni dayandırmaq və ya ən azı Qara dənizdə bütün hərbi əməliyyatlara son verməkdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökuməti Odessa sahillərində suların təmizlənməsi və taxıl gəmilərinin müşayiəti üçün hərbi yardım təklif etmişdi.
Və məlumatlara görə, Türkiyə və Rusiya Ukrayna taxılının Odessa limanından dəniz dəhlizi ilə ixracının təmin edilməsinə dair ilkin razılığa gəliblər.
Ukrayna isə hələ ki, məlumatları şərh etmir...
Y.MƏMMƏDLİ