Son 4 ildə həssas qruplara yönələn müavinət və təqaüdlərin, ünvanlı yardımların artırılması istiqamətində də ardıcıl olaraq mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə edilən məlumata görə, eyni zamanda, həmin sosial ödənişlərin əhatə dairəsi xeyli genişlənib.

Məlumatda bildirilir ki, bu proseslər müvafiq istiqamətlər üzrə ayrılan vəsaitlərdə də ciddi artımlarla nəticələnir.

2018-2022-ci illərdə dövlət büdcəsindən müavinətlər üzrə ayrılan illik vəsaitin məbləği 3 dəfə, təqaüdlər üzrə ayrılan illik vəsaitin məbləği 5,1 dəfə artıb.

Qeyd edək ki, ünvanlı sosial yardımlar üzrə ayrılan illik vəsaitdə isə 30 faiz artım baş verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN