Bu il əhaliyə müxtəlif istiqamətlər üzrə 2 milyard 717 milyon manat vəsait ödənilib.
Cari ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 milyard 717 milyon manat vəsait ödənilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 198 milyon manat çoxdur.
Qeyd edək ki, 2021-ci ildə əhaliyə ödənişlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 4718 milyon manat vəsait xərclənib.
Əhaliyə ödənişlərin tərkibində pensiya xərcləri 4592 milyon manat təşkil edib.
Ölkə üzrə əmək pensiyaçılarının 707,2 min nəfəri və ya 59,1 faizi yaşa görə, 345,6 min nəfəri və ya 28,9 faizi əlilliyə görə, 144,2 min nəfəri və ya 12 faizi ailə başçısını itirməyə görə pensiya alıb.
Y.MƏMMƏDLİ