Gələn ildən Qazaxıstanın daxili bazarında qaz qıtlığının olacağı proqnozlaşdırılır.
Bunu Qazaxıstan Respublikasının Prezidenti yanında Xarici İnvestorlar Şurasının 34-cü plenar iclasında Qasım - Jomart Tokayev deyib.
"Bu gün qaz sənayesi kömürdən istifadənin azaldılmasında əsas rol oynayır. Qazaxıstanda qazlaşdırma səviyyəsi 53 faizə çatıb. Demək olar ki, 10 milyon vətəndaş qazdan istifadə imkanı əldə edib”, - Tokayev bildirib.
Dövlət başçısının sözlərinə görə, gələn ildən daxili bazarda qaz qıtlığı proqnozlaşdırılır və daxili qaza olan tələbatın ödənilməsi onun ixracı ilə müqayisədə qeyd-şərtsiz prioritetdir.
Tokayev hökumətdən "Tengiz" yatağının səhmdarları ilə birlikdə iki milyard kubmetr qazın ixracdan daxili bazara yönəldilməsi məsələsini həll etməyi xahiş edib.
Y.MƏMMƏDLİ