3 ay ərzində isə ümumi vəsaitin 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf olunmuşdu.

Cari ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 43,3 faizi sənaye, 30,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,2 faizi tikinti, 1,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə ayrılıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövr ərzində sözügedən vəsaitin 1,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,2 faizi informasiya və rabitə, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 0,7 faizi təhsil, 0,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,9 faizi sənaye, 24,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,2 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf olunmuşdu.

Həmçinin atırladaq ki, 2022-ci ilin yanvar ayında əsas kapitala 658,1 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1 faiz az vəsait yönəldilmişdi. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 474,9 milyon manatı və ya 72,2 faizi məhsul istehsalı sahələrinə, 125,0 milyon manatı (19,0 faizi) xidmət sahələrinə, 58,2 milyon manatı (8,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 362,0 milyon manatını və ya 55,0 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 399,6 milyon manatı və ya 60,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdu.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 83,1 faiz, əhalinin şəxsi vəsaitləri 9,6 faiz, büdcə vəsaitləri 3,5 faiz, sair vəsaitlər 3,1 faiz, bank kreditləri isə 0,7 faiz təşkil etmişdi.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN