Rusiyanın Ukraynadakı müharibəsi bölgədə və Avropada ciddi iqtisadi problemlərə yol açıb...

Nəhayət, Rusiya və Türkiyə Ukrayna limanlarından gəmilərin təhlükəsiz çıxışı və taxıl ixracı ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, iyunun 21-də Moskvada Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Tərəflər Türkiyə ticarət gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışını və taxıl ixracını müzakirə ediblər. Rusiya Müdafiə Nazirliyi bildirib ki, tərəflər Türkiyənin “Azov Concord” yük gəmisinin Mariupol limanını tərk etməsinə imkan verən ikitərəfli əməkdaşlığın vacibliyini də vurğulayıblar. Artıq danışıqlar nəticəsində məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bəli, bu müharibə uzandıqca, bölgədə və hətta dünyada iqtisadi bağlar bir-birinin ardınca qırılmaqdadır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə öz mənfi nəticəsini artıq verməkdədir... Dünya bazarında neftin, qazın və taxılın, digər sənaye və ərzaq məhsullarının bahalaşmasına gətirib çıxarıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN