"SOCAR Georgia Gas" şirkəti regionlarda fəaliyyət göstərən çörək istehsalçılarına təbii qazın qiymətini bahalaşdırmayacaq.
TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə "SOCAR Georgia Gas" şirkəti məlumat yayıb. Şirkətin məlumatına əsasən, iyulun 1-dən kommersiya istehlakçıları üçün təbii qazın qiyməti artsa da, lakin çörək istehsalçılarına təbii qaz köhnə tariflərlə veriləcək. Sözügedən şirkət regionlarda çörək istehsalçılarına təbii qazın 1 kub metrini 1.15 tetriyə satacağını bildirir. Xatırladaq ki, Gürcüstanda 2022-ci il iyulun 1-dən etibarən kommersiya abonentləri üçün 1 kub metr qazın qiyməti 1.15 tetri əvəzinə 1,38 tetri olacaq.