Azərbaycanlı investorlar 2025-ci ilə qədər Kislovodskda 2,5 milyard rubla 350 nəfərlik sanatoriya tikəcəklər.

Bu barədə mer Yevgeni Moiseyev bildirib.

"Azərbaycanlı investorlar Kislovodskda 350 nəfərlik premium- sinifli sanatoriyanın tikintisinə başlayıblar. "Rusel" layihəsinə qoyulan investisiyanın həcmi təxminən 2,5 milyard rubl təşkil edəcək", - Moiseyev açıqlayıb.

Onun sözlərinə görə, sağlamlıq mərkəzi 2025-ci ilə qədər açılacaq.

"Sanatoriya Kislovodskın əsas görməli yerlərindən birinin - Kaskad pilləkənlərinin yanında tikiləcək. Sağlamlıq mərkəzinin əsas profili ürək-damar, sinir və tənəffüs sistemləridir. Bizim üçün vacib olan budur ki, bu layihə təkcə turist axınını artırmayacaq, həm də 200-ə qədər yeni iş yeri yaradılmasına imkan verəcək", - mer deyib.

 Xatırladaq ki, Şimali Qafqazda Azərbaycanın sərmayələri ilə  tikilən bir neçə sanatoriya var. Onlardan biri Essentukidəki müasir "İstoçnik" sanatoriyasıdır, bu layihəyə qoyulan ümumi sərmayə 1,5 milyard rubl təşkil edib.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN