Bəli, belə hadisələr də baş verir: vətəndaşı ailə üzvlərini öldürəcəyi ilə hədələyib onu narkotik almağa məcbur edənlər də var...
İnanılmaz olsa da, bu belədir. Belə ki, Gürcüstanda polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkum olunmuş 4 nəfər saxlanılıb. Tezadlar.az Gürcüstan DİN-nin rəsmi saytına istinadla xəbər verir ki, saxlanılanlar 1980, 1977, 1979 və 1971-ci il təvəllüdlü şəxslərdir. Belə ki, 1977-ci il təvəllüdlü və 1980-ci il təvəllüdlü şəxslər 2020-ci ilin 20 yanvar tarixində tanışları olan bir şəxsi aldadaraq Tbilisidə yaşayış evlərindən birinə aparıblar. Sözügedən şəxslər tanışlarına 300 qram narkotik vasitə verərək, satması üçün ona 2 həftə vaxt təyin ediblər. Əks halda isə onun özünü, azyaşlı uşağını, həyat yoldaşını və anasını öldürməklə təhdid ediblər. Cinayətkarların tanışları isə qeyd edilən müddət ərzində ona verilmiş narkotik vasitəni sata bilməyib. Təqsirləndirilən şəxslər onu güc tətbiq edərək avtomobilə mindirib Diğomi istiqamətinə aparıblar. Onlar tanışlarından 20 000 lari vəsait tələb ediblər. Hadisədən xəbər tutan hüquq mühafizə xidməti əməkdaşları məhkəmə qərarı əsasında gizli audio və videoyazılar vasitəsilə hadisənin detallarını üzə çıxarıb.
Bəli, Azərbaycanda da yəqinki belə cinayətkarlar var. Çünki narkotik insanı hər şeyə, ən rəzil addıma belə məcbur edə bilir...
A.Məmmədli