Qarabağdakı separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyan saxta “dövlət naziri” Ruben Vardanyanı “tutduğu vəzifədən azad edib”.
Tezadlar.az “Novosti Armenia”ya istinadla bildirir ki, Rusiya vətəndaşlığından çıxarılan milyarder Ruben Vardanyana Qarabağdan rədd olub getməsini başa salıblar. Separatçılar bir-biri ilə dil tapa bilmir. Hansı ki, bu ünsürlər Azərbaycanın bu bölgəsində qanunsuz fəaliyyətlə məşğul olub. Ruben Vardanyan Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə məşğul olub. Onun Qarabağda istənilən şəkildə qalması Azərbaycanın qanunlarına ziddir. Odur ki, Vardanyanın və onun kimi qanunsuz fəaliyyət göstərənlərin Azərbaycan ərazisini tərk etməsi vacibdir.
Ermənistan mediası Vardanyanın Qarabağdan kənarlaşdırılmasını göz yaşı ilə qarşılayır. Çoxluq onun Qarabağdan getməsini faciə kimi qəbul edir.
Elçin Məmmədli