Türkiyədə zəlzələlər zamanı 200-ə yaxın insan kütləvi qırğınlarda iştirakda şübhəli bilinir.

Türkiyədə zəlzələ zamanı binaların kütləvi dağılmasında əli olmaqda şübhəli bilinən  200-ə yaxın adam həbs edilib. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, hadisələrin inkişafı ilə bağlı hələki 184 mütəxəssis həbs edilib.  Ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, hüquq-mühafizə orqanları binanın çökməsi ilə bağlı 600-dən çox adamın iştirakını araşdırır. Onun sözlərinə görə, rəsmi saxlanılan və nəzarətə götürülənlər arasında 79 inşaatçı, 74 binalara qanuni cavabdehlik daşıyan şəxs, 13 mülk sahibi və binaların yenidən qurulmasını həyata keçirən 18 nəfər var. Sitat: “Türkiyə və qonşu Suriyada ölənlərin ümumi sayı 50 mini keçib. 520 000 mənzildən ibarət 160 000-dən çox ev dağıdılıb və ya ciddi ziyan dəyib".

27 fevral 2023-cü il tarixinə Türkiyə və Suriyada zəlzələ qurbanlarının sayı 50 mini keçib. Dağıntılar altından hələ də meyitlər çıxarılır.

ELÇİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN