ABŞ-ın Ohayo ştatından olan Tereza Keyn ailə üzvlərini küçəyə çıxarmaq təhlükəsi ilə güllələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Fox 19” məlumat yayıb.

Qadın, əri, atası və iki uşağı 2015-ci ildən ipoteka ilə aldığı ikimərtəbəli evdə yaşayıb. Son zamanlar maliyyə problemlərinə görə ipoteka ödənişlərindən geri qaldıqları üçün evdən çıxarılmaqla hədələniblər.

Şərif idarəsinin nümayəndələri qadına ailənin evi tərk etməli olacağı barədə məlumat veriblər. Söhbət əsnasında Keyn sakitləşib və əşyalarını yığmaq üçün ona vaxt verilməsini istəyib. Bir neçə saatdan sonra nümayəndələr geri qayıdanda o, içəri qaçaraq qapını onların üzünə bağlayıb. Bundan sonra evdə atışma səsləri eşidilib. Qadın 3,5 saniyə ərzində 5 atəş açıb, ərini, atasını və 13 yaşlı oğlunu öldürüb, 20 yaşlı qızını ağır yaralayıb, daha sonra intihar edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN